Məlumat İstifadəçiləri
Məlumat istifadəçilərimiz
Dünyanın müxtəlif yerlərindən olan ailələr, fərdlər, həmkarlar ittifaqları, işəgötürənlər, QHT-lər və şirkətlər (kiçik və orta müəssisələrdən böyük çoxmillətli şirkətlərə qədər) bizim məlumatlarımıza çox güvənir. Biz məlumatlarımızı praktikada faydalı etmək üçün müxtəlif qruplarla əməkdaşlıq edirik:
Ailə və fərdlər
Platformalarımızdan milyonlarla insan istifadə edir. İşçilər, fərdi sahibkarlar və iş axtaranlar – sadəcə bir neçəsini qeyd etmək yetər – məlumatlarımıza etibar edirlər. Onlar əmək hüquqlarını bilmək, layiqli iş standartlarını öyrənmək və maaşlarının sektordakı digər maaşlarla necə müqayisə olunduğunu anlamaq üçün bu məlumatlardan istifadə edirlər. Çoxları bu məlumatlardan maaşla bağlı danışıqlar, yaxud hüquqları uğrunda mübarizə aparmaq məqsədiylə yararlanır.
Həmkarlar ittifaqları və işçilərin nümayəndələri
Həmkarlar ittifaqları və ya işçi nümayəndələri bizimlə yaşayış xərcləri səviyyələrini və işçilərin prioritetlərini təhlil etmək üçün tərəfdaşlıq edirlər. Biz birlikdə dəlillərə əsaslanan sosial dialoqu, danışıqları və kollektiv müqavilələri gücləndirmək üçün çalışırıq. Həmkarlar ittifaqları bizim kollektiv sövdələşmələr üzrə müqavilələr bazamızdan--süni intellekt kimi yeni mövzularla bağlı bəndlərin nümunələrindən, Yaşayış Minimumu qiymətləndirmələri və İşçi Prioriteti Sorğularından istifadə edir.
Hökumətlər
Biz şəffaflığı və dəlillərə əsaslanan qərarvermə işini yaxşılaşdırmaq üçün hökumətlərlə əməkdaşlıq edirik. Yaşayış Minimumu dəyərləndirmələrimiz, Əmək Hüquqları İndeksi və Minimum Əməkhaqqı ilə bağlı məlumatlarımız, eləcə də Layiqli Əmək Meyarlarının Təftişi vasitəsilə toplanan məlumatlar monitorinq və qanunvericilik islahatları üçün tez-tez istifadə edilir.
Tədqiqatçılar
WageIndicator fəaliyyətə başlayan vaxtdan məlumat toplamaq və təhlillər aparmaq işində əsas tərəfdaşları universitetlər və tədqiqat institutları olub. Bundan əlavə, biz akademik və siyasi tədqiqatlar üçün kollektiv müqavilələr, minimum əməkhaqqı, əməkhaqqı və maaşlar, bacarıqlar və peşələr, yaşayış xərcləri və yaşayış minimumları üzrə tədqiqat aparmaq üçün əməkdaşlıq edirik.
Şirkətlər
Bir çox milli və beynəlxalq şirkət minimum əməkhaqqına uyğunluğu təmin etmək, öz işçiləri və əməliyyatları, eləcə də bütöv təchizat zəncirinə uyğun yaşayış minimumu siyasətini tərtib etmək üçün bizim datalardan yararlanır. İşəgötürən səviyyəsində biz həmçinin Layiqli Əmək Meyarlarının Təftişi vasitəsilə topldığımız məlumatları paylaşaraq--bu, işçilərin baxış bucağını əks etdirir--sosial dialoq prosesini gücləndiririk. Bu da risklərin harada toplandığını müəyyən edir, iş yerində hansı səylərin prioritetləşdirilməli olduğunu göstərir və məsuliyyətli biznes təcrübəsinin bir hissəsi olaraq, maraqlı tərəflərlə əməkdaşlıq etməyin yollanı müəyyənləşdirməyə imkan verir.
Tərəfdaşlarımızı kəşf edin
Əmək bazarının şəffaflığını və əməkhaqqı məlumatlarına çıxışı gücləndirmək üçün bizimlə əməkdaşlıq edən tərəfdaşlar haqqında daha çox öyrənin.