Haqqımızda

WageIndicator Fondu qlobal və müstəqil qeyri-kommersiya təşkilatıdır. Hazırda 200-dən çox ölkə və ərazidə (o cümlədən xarici və tanınmayan ərazilərdə) fəaliyyət göstəririk. Missiyamız dünya üzrə əmək bazarının şəffaflığını artırmaq və işçilərə, işəgötürənlərə, tədqiqatçılara və siyasətçilərə ədalətli qərar qəbul etmək üçün məlumatlar təqdim edərək qlobal səviyyədə iş şəraitini yaxşılaşdırmaqdır.

Biz kimik

Biz missiyamızın arxasınca gedən, missiyamıza sadiq, dəqiq və şəffaf fəaliyyətlə məşğuluq. Biz WageIndicator Fonduyuq; qlobal və müstəqil qeyri-kommersiya təşkilatıyıq. Məqsədimiz topladıımız məlumatları paylaşaraq, sizin doğru qərarlar verməyinizə yardım etməkdir. 1999-cu ildən bəri biz minimum əməkhaqqı, məqbul əməkhaqqı, iş yerləri və maaşlar, əmək qanunları, kollektiv müqavilələr və iş şəraiti haqqında informasiya toplayır və bu məlumatları aydın şəkildə təqdim edirik. Dəqiq və tam, asan başa düşülən, hər kəs üçün əlçatan məlumatları paylaşmaq bizə qürur verir. Kimliyinizdən və harda yaşamağınızdan asılı olmayaraq, sizə öz dilinizdə və kontekstinizə uyğun informasiya vermək bizim əsas hədəfimizdir.

Haqqımızda daha çox
arrow
WIF-Team

Məlumat bazalarımız

Biz bütün dünyada fəaliyyət göstərir və milli, həm də yerli səviyyədə məlumatlar toplayırıq. Məlumatlarımız ən son hüquqi və iqtisadi inkişafları əks etdirmək üçün aylıq, rüblük və ya illik yenilənir. Aşağıdakı mövzular üzrə dünyanın ən böyük məlumat bazalarından bəzilərinə sahibik.
Check
Minimum əməkhaqqı
Check
Əməkhaqqı və maaşlar
Check
Yaşayış minimumu, gəlirlər və tariflər
Check
Əmək Məcəlləsi
Check
Kollektiv Müqavilələr
WI Conference
WI Conference
WI Conference
WI Conference
WI Conference
wageindicator-team

Haqqımızda daha çox məlumat əldə edin

WageIndicator Fondu haqqında, necə yarandığımız və bu gün necə fəaliyyət göstərdiyimiz barədə daha çox öyrənin. Qlobal əmək bazarı məlumat bazalarımızın və məlumatlarımızın arxasındakı təşkilatı tanıyın.
data icon
Məlumat istifadəçilərimiz və tərəfdaşlarımız
Dünyanın müxtəlif yerlərindən olan ailələr, fərdlər, həmkarlar ittifaqları, işəgötürənlər, QHT-lər və şirkətlər (kiçik və orta müəssisələrdən böyük çoxmillətli şirkətlərə qədər) bizim məlumatlarımıza çox güvənir. Biz məlumatlarımızı praktikada faydalı etmək üçün müxtəlif qruplarla əməkdaşlıq edirik:
familie-responsibilities icon
Tariximiz
Bizim möhtəşəm təşkilatımız iki qadın – jurnalist Polin Osse və professor Kea Tiydens tərəfindən təsis olunub. Onlar bu "səyahətə" 1999-cu ildə bir təcili missiya ilə başlayıblar: insanların təcrübəsi, təhsili və potensialına əsaslanan maaş məlumatlarını hər kəs üçün əlçatan etmək.

Məlumatlarımız və xidmətlərimiz

Təşkilatınızın işçiləri və ya təchizat zəncirinizdəki işçilər üçün yaşayış minimumu və/və ya gəlirlərlə bağlı qiymətləndirmələrə maraq göstərirsinizmi? WageIndicator Fondu dünyada yaşayış minimumu üzrə ən böyük məlumat bazalarından birini təqdim edir.

Yaşayış minimumu məlumatlarına çıxış əldə edin
arrow

Xəbər bülletenimizə abunə olun

Əməkhaqqı minimumu, əmək qanunvericiliyi, kollektiv müqavilələr və yaşayış minimumu haqqında ən son yenilikləri almaq üçün xəbər bülletenimizə abunə olun.
Qeydiyyatdan keç düyməsini basmaqla bizim Şərtlər və Qaydalar ilə razılaşırsız
Bu səhifəyə istinad edin: © WageIndicator 2026  –  Azərbaycan  –  Haqqımızda
FacebookXLinkedInEmail