
Todd Phillips
Coker — Todd Fillipsin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş ABŞ psixoloji triller filmi. Filmin ssenarinisi Todd Fillips və Skott Silver tərəfindən yazılmışdır. Film "DC Comics" personajları əsasında çəkilmişdir və baş rol olan Cokeri Xoakin Feniks canlandırır. Film Cokerin mənşəyindən bəhs edir və filmdəki hadisələr 1981-ci ildə cərəyan edir. Film Cokeri cinayətkarlıq həyatına girən və Qotem-Siti şəhərini xaosa sürükləyən uğursuz bir stend-ap komiki olaraq təsvir edir. Köməkçi rollarda Robert de Niro, Zazi Bits, Frensis Konroy, Brett Kallen, Qlenn Fleşler, Bill Kemp, Şi Uiqhem və Mark Meron var. "Coker" filmi "DC Films", Village Roadshow Pictures", "Bron Creative" və "Joint Effort" tərəfindən istehsal olunmuşdur. Filmin distribütori "Warner Bros. Pictures" şirkətidir.